ABŞ-la Rusiya BMT məsələsində birləşdi

9-11-2016, 02:32           
ABŞ-la Rusiya BMT məsələsində birləşdi
ABŞ BMT Təhlükəsizlik Şurasının tərkibinin dəyişdirilməsinə razıdır, amma daimi üzvlərin veto haqlarında dəyişiklik edilməsinə qarşıdır.

Axar.az xəbər verir ki, bu sözlər ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mişel Sisonun bəyanatında yer alıb.

Vaşinqtonu bu məsələdə Rusiya da dəstəkləyib. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Vladimir Safronkov Moskvanın BMT-nin Təhlükəsizlik Şurasının tərkibinin genişlənməsini dəstəkləyəcəyini bildirib. O, daimi üzvlərin səlahiyyətlərinin əlindən alınmasının doğru olmadığını söyləyib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü var. Bunlar ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransadır. Beş dövlətin hər birinin hər hansı qərara veto tətbiq etmək hüququ var. Bu isə öz növbəsində yeni regional güclərin etirazına səbəb olur. Bu ölkələr sırasında xüsusilə, Almaniya, Yaponiya, Türkiyə və Braziliya daha çox aktivlik nümayiş etdirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru