Donald Tramp ABŞ prezidenti seçkilərində liderliyi yenidən ələ alıb - YENİLƏNİB

9-11-2016, 10:45           
Donald Tramp ABŞ prezidenti seçkilərində liderliyi yenidən ələ alıb - YENİLƏNİB
Arizona. 9 noyabr. REPORT.AZ/ Donald Tramp ABŞ prezidenti seçkilərində liderliyi yenidən ələ alıb.
"Report"un əməkdaşı xəbər verir ki, hazırda D.Tramp Seçicilər Kollegiyasının 232 səsini, Hillari Klinton isə 209 səsini toplayıb.
Qələbə üçün namizəd ən azı 270 səs toplamalıdır.
Hələlik seçicilərin səslərinin 70 faizi hesablanıb.
*** 08:22
Demokratlar Partiyasından namizəd Hillari Klinton hazırda ABŞ prezidenti postu uğrunda mübarizədə Kaliforniya və Havay ştatlarında səs çoxluğu qazanaraq irəli çıxıb.
"Report" CNN-nə istinadən xəbər verir ki, hazırda Klinton Seçicilər Kollegiyasının 197, respublikaçı Donald Tramp isə 187 səsini toplayıb.
*** 07:44
Respublikaçılar Partiyasıdan namizəd Donald Tramp hazırda ABŞ-da keçirilən prezident seçkilərində liderlik edir.
"Report" xəbər verir ki, indiyə qədər səslərin təqribən 47 faizi hesablanıb.
Hesablamalara görə, Tramp Seçicilər Kollegiyasının 168 səsini, onun demokrat rəqibi Hillari Klinton isə 109-nu toplayır.
Qeyd edək ki, qələbə üçün namizədə Seçicilər Kollegiyasının 270 səsi lazımdır.
Ümumilikdə Trampa hələ ki, seçicilərin 49 faizi, Klintona isə 47 faizi səs verib.
İlkin məlumatlara görə, milyarder Florida və Ohayo kimi əsas ştatlarda liderlik edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.