Trampın liderliyi dünya iqtisadiyyatını “silkələdi” – Fond indeksləri düşdü

9-11-2016, 11:39           
Trampın liderliyi dünya iqtisadiyyatını “silkələdi” – Fond indeksləri düşdü
ABŞ-da keçirilən prezident seçkilərindən sonra səslərin hesablanması zamanı respublikaçı namizəd Donald Trampın önə keçməsi qlobal fond indekslərini “çökdürüb”.

A24.Az rbc.ru-ya istinadən xəbər verir ki, Donald Trampın qələbə şansının artması demokrat namizəd Hillari Klintonun seçiləcəyini proqnozlaşdıran investorların planlarını pozub və səslərin hesablanması prosesində D.Trampın önə keçməsi xəbəri fond birjalarında indeksləin aşağı düşməsinə səbəb olub.

Maraqlıdır ki, nüfuzlu “New York Times” qəzeti səsverməyə qədər H.Klintonun qələbə şansını 80 faiz səviyyəsində ehtimal edirdi. Lakin ilkin nəticələrdən sonra “New York Times” artıq 90 faiz ehtimalla D.Trampın qələbəsini proqnozlaşdırır.

Məlumata görə, birjadankənar indekslər artıq 3-4 faiz aşağı düşüb: Dow Jones-un indeksləri 3,5% (650 bənd), S&P-in indeksləri 4,26% (500 bənd), Nasdaq-ın indeksləri isə 4,1% aşağı düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru