Klinton Trampdan çox səs toplayıb

9-11-2016, 21:58           
Klinton Trampdan çox səs toplayıb
Demokrat partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton noyabrın 8-də keçirilən prezident seçkisində ümumilikdə respublikaçı rəqibi Donald Trampdan çox səs toplayıb.

KİV-lərin məlumatına görə, Hillari Klinton 99,2 faizdən çox, Tramp isə 59,1 faizdən az səs toplayıb. Bu 130 mindən çox səs deməkdir.

Amma əsas iri ştatlarda qalib gələn Donald Tramp 289 seçici səsi ilə prezident seçilib.


Hillari Klinton isə 218 seçici səsi toplaya bilib.

Qələbəni təmin eləmək üçün qalibə 270 seçici səsi lazım idi.

Beləliklə Donald Tramp ABŞ-ın 45-ci prezidenti seçilib.

Eyni hal 2000-ci ildə təxminən bərabər səs toplayan respublikaçı Corc Buşla demokrat Al Qor arasında da olub.

Həmin vaxt daha çox seçici səsi toplayan Corc Buş prezident seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru