Misir və Qətər Qəzzada atəşkəs üçün vasitəçilik etməyə davam edir

Dünən, 16:34           
Misir və Qətər Qəzzada atəşkəs üçün vasitəçilik etməyə davam edir
Misir və Qətər hakimiyyəti İsrail və Fələstinin HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəsə nail olmaq üçün vasitəçilik səylərini davam etdirir.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

İki ölkənin bəyanatında qeyd olunub ki, İsrail və ABŞ-nin məsləhətləşmələr üçün nümayəndə heyətlərini Dohadan geri çağırmaq barədə qərarı danışıqların bərpasından əvvəl adi bir təcrübədir.

“Qətər Dövləti və Misir Ərəb Respublikası təsdiq edir ki, hər iki tərəf müharibəyə son qoyacaq, zolaqda (Qəzza - red.) humanitar problemlərə son qoyacaq, mülki əhalinin müdafiəsi, girov və əsirlərin mübadiləsini təmin edəcək sazişin bağlanması məqsədi ilə Qəzza zolağında vasitəçilik prosesi çərçivəsində fəal səylərini davam etdirir”, - sənəddə bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru