Aİ Ukraynaya yardımı azaldacaq?

Dünən, 15:24           
Aİ Ukraynaya yardımı azaldacaq?
Avropa İttifaqı (Aİ) bu il Ukraynaya yardımın dördüncü tranşını iki milyard avroya yaxın azaldacaq.
Bakupost.az “European Pravda”ya istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) nümayəndəsi Qiyom Mersier deyib.
“Əgər bütün göstəricilər yerinə yetirilsə və 16 islahat həyata keçirilsə, Ukrayna 4,5 milyard avro alacaq”, - o deyib.
Bununla belə, o, AK-nin 13 islahatının başa çatığını bildirərək, Aİ Şurasına Ukrayna Mexanizmi çərçivəsində dördüncü tranş kimi Ukraynaya 3,05 milyard avro məbləğində ödəniş etməyi təklif edib.
Qeyd olunur ki, Kiyev mərkəzsizləşdirmə, Aktivlərin Axtarışı və İdarə Edilməsi üzrə Milli Agentliyin islahatı haqqında qanun və Ali Antikorrupsiya Məhkəməsinə hakimlərin seçilməsi ilə bağlı üç islahat həyata keçirməyib.
Mersier onu da əlavə edib ki, Ukrayna iyunun 6-da bu tranşın qismən ödənilməsi üçün müraciət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru