Jirinovski Trampa görə ziyafət verdi, badə qaldırdı
10-11-2016, 09:34
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Donald Trampın ABŞ prezidenti seçilməsi münasibətilə Dövlət Dumasında ziyafət verib.
Jirinovski ABŞ-ın yeni daxili və xarici siyasətinin, eləcə də Rusiya ilə münasibətlərinin yaxşılaşmasının şərəfinə şampan şüşəsi açaraq badə qaldırıb.
Ziyafətdə rus deputatlarla yanaşı, jurnalistlər də iştirak edib.
Qeyd edək ki, Jirinovski iki gün əvvəl Hillari Klintona müraciət edərək onu zəif və pis adlandırmış, Trampın prezidentliyinin həm ABŞ, həm də Rusiya üçün ən yaxşı variant olduğunu bildirmişdi.
“Əziz Hillari. ABŞ-ın prezidenti olmayın! Bu, bütün dünyanın, bütün insanlığın, Avropanın, Rusiyanın, Afrikanın, Asiyanın və əksər amerikalıların fikridir. Donald Trampa salam olsun! O, Birləşmiş Ştatların prezidenti olacaq. Sən Yaxın Şərqdə, Avropada və Rusiyada sülh istəmirsən”, – deyə müraciətdə vurğulanırdı.