Estoniyanın baş naziri istefaya gedib

10-11-2016, 10:10           
Estoniyanın baş naziri istefaya gedib
Estoniyanın baş naziri istefaya göndərilib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Estoniya parlamentinin plenar iclasında baş nazir Taavi Rıyvasa etimadsızlıq üzrə səsvermə keçirilib. Səsvermə zamanı parlamentin 63 deputatı baş nazirə etimadsızlıq göstərib. Bu qərarın əleyhinə isə 28 nəfər çıxıb. Səsvermələr zamanı bitərəf olmayıb.
Qeyd edək ki, baş nazir Taavi Rıvays istefaya könüllü getməkdən imtina etdikdən sonra onun koalisiya tərəfdaşları – Sosial Demokrat Partiyası (SDE) habelə Vətən İttifaqı və Res Publica (IRL) etimadsızlıq rəyini dəstəklədiyini bildirmişdilər. Onların qənaətinə görə, Taavi Rıvays qətiyyyətsizliyi ilə Estoniyanı çıxılmaz vəziyyətə salıb. Onun rəhbərlik etdiyi hökumət ciddi və zəruri qərarlar qəbul edə bilməz.
Qeyd edək ki, Estoniyada baş nazirin istefası üçün ən azı 51 deputat etimadsızlıq rəyini dəstəkləməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru