Süni intellekt sahəsində lider dövlətlər açıqlandı
Bu gün, 15:28
ABŞ süni intellekt sahəsində liderdir, Çin ikinci, Böyük Britaniya isə üçüncü yerdədir.
TASS-ın verdiyi xəbərə görə, bu qiymətləndirmə Çin Elmi və Texnoloji İnformasiya İnstitutu ilə Pekin Universitetinin birgə hazırladığı süni intellekt sahəsində innovasiyaların qlobal indeksi üzrə hesabatda yer alıb.
Hesabat Şanxayda keçirilən Ümumdünya Süni İntellekt Konfransında təqdim olunub. Onun müəllifləri beş meyar əsasında 46 ölkəni tədqiq ediblər: əsas dəstək, inkişaf üçün resurslar və mühit, elmi və texnoloji tədqiqatlar və inkişaflar, sənaye və innovasiyaların tətbiqi, həmçinin beynəlxalq əməkdaşlıq və mübadilə.
Ölkələr 39 göstərici üzrə təhlil olunub və hər biri üçpilləli sistemlə qiymətləndirilib. Hesabata görə, ABŞ və Çin süni intellekt sahəsində digər ölkələrdən böyük fərqlə qabaqda yer alırlar.