Almaniya hərəkətə keçdi - Elə zərbə dronları hazırlanır ki...

Bu gün, 08:10           
Almaniya hərəkətə keçdi - Elə zərbə dronları hazırlanır ki...
Almaniyada uzaq mənzilli zərbə dronlarının hazırlanması planlaşdırılır. Bu dronlar düşmən ərazisinin dərinliyindəki hədəfləri məhv etmək qabiliyyətində olacaq.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Bildirilir ki, Almaniya Hərbi Hava Qüvvələri bu istiqamətdə aparıcı müdafiə sənayesi şirkətlərinə və startaplara müraciət ünvanlayıb.

Hesabata görə, “Airbus Defence” şirkəti layihədə ABŞ-ın Kratos adlı startapı ilə birlikdə iştirak edir, Almaniyanın “Rheinmetall” şirkəti isə dron istehsalçısı “Anduril” ilə əməkdaşlıq qurub. Bundan əlavə, Münhen mərkəzli Helsinq startapı da layihəyə cəlb olunacaq.

Almaniya Müdafiə Nazirliyi bu layihəyə hazırlıq işlərinin aparıldığını təsdiqləyib və ilkin danışıqların keçirildiyini bildirib. Lakin rəsmi tenderin hələ elan olunmadığı qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru