ABŞ nüvə silahını nümayişkaranə şəkildə Rusiya sərhədlərinə yaxınlaşdırıb

Bu gün, 11:48           
ABŞ nüvə silahını nümayişkaranə şəkildə Rusiya sərhədlərinə yaxınlaşdırıb
ABŞ 2008-ci ildən bəri ilk dəfə Böyük Britaniya ərazisində nüvə silahını yerləşdirib.

Bu barədə "Bloomberg" agentliyi xəbər verir.

Bildirilib ki, Vaşinqton bununla Rusiya Prezidenti Vladimir Putinə birbaşa və birmənalı siqnal görndərib.

Nüvə silahının yerləşdirilməsi əməliyyatı nümayişkaranə şəkildə və işə salınmış transponderlə həyata keçirilib.

Bunun Rusiyanın hər şeyi izləməsi və Vaşinqtonun gərginliyə hazır olduğunu başa düşməsi üçün edildiyi vurğulanır.

Hərbi analitiklərin fikrincə, iyulun 16-da ABŞ-nin "C-17" hərbi-nəqliyyat təyyarəsi nüvə silahı anbarının yerləşdiyi Nyu-Meksiko ştatındakı Kirtland aviabazasından havaya qalxaraq Böyük Britaniyadakı Leykenhit aviabazasına istiqamət alıb.

Böyük ehtimalla, təyyarə Britaniyaya ən yeni "B61-12" termonüvə bombalarını çatdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru