Əlcəzairdə kriptovalyutalar qadağan edildi

Dünən, 16:38           
Əlcəzairdə kriptovalyutalar qadağan edildi
Əlcəzair hökuməti çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə çərçivəsində kriptovalyutaların istifadəsini, yaradılmasını və mübadiləsini qadağan edən qanun qəbul edib.

Bu barədə "Algerie360" informasiya portalı xəbər verir.

Yeni qaydalara əsasən, Əlcəzairdə istənilən növ virtual aktivlərin emissiyası, onların alınması, satışı və ya sahib olunması qadağan edilir.

Qanun kriptovalyutaların ödəniş və ya investisiya vasitəsi kimi istifadəsinə icazə vermir və kriptovalyutaların istənilən formada reklamını, eləcə də kriptovalyuta mübadiləsi platformalarının və ya onlarla əlaqəli elektron pul kisələrinin fəaliyyətini və yaradılmasını da qadağan edir.

Qeyd olunur ki, qanunu pozanları iki aydan bir ilə qədər həbs və cərimə gözləyir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru