Tramp zirehli qolf maşınında görünüb

Dünən, 17:44           
Tramp zirehli qolf maşınında görünüb
ABŞ Prezidenti Donald Trampın təhlükəsizlik xidməti son sui-qəsd cəhdindən sonra zirehli qolf maşını əldə edib.

Bu barədə "The New York Post" nəşri xəbər verir.

Prezident Tramp həftəsonu Şotlandiyada "Trump Turnberry" qolf meydançasında olarkən 100 faiz zirehlə örtüldüyü bildirilən avtomobil görünüb.

Ekspertlərin fikrincə, yeni zirehli avtomobil Trampın "The Beast" kimi tanınan rəsmi limuzininin nümunəsi əsasında düzəldilib.

Qeyd edək ki, 2024-cü ilin sentyabrında Tramp "West Palm Beach"də qolf oynayarkən ona il ərzində ikinci sui-qəsd cəhdi edilib.

Hüquq-mühafizə orqanları hücum edən şəxsi saxlamağa müvəffəq olub. KİV-in məlumatına görə, o, 58 yaşlı Rayan Uesli Raut olub.

Daha əvvəl isə Donald Tramp iyul ayında hücuma məruz qalmışdı, o zaman o, qulağından yüngül yaralanmışdı.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru