Meksikalı maqnat 5,1 mlrd. dollar itirdi – Trampın qələbəsindən sonra

10-11-2016, 13:16           
Meksikalı maqnat 5,1 mlrd. dollar itirdi – Trampın qələbəsindən sonra
Dünyanın 5-ci ən varlı insanı Karlos Slim Donald Trampın prezident seçkilərindəki qələbəsi səbəbindən 5,1 mlrd. dollar itirib. “APA-Economics” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, meksikalı mediamaqnat Meksika pesosunun dollara qarşı 12% ucuzlaşmasından sonra sərvətinin 9,2%-ni itirib.
“Bloomberg Billioners” indeksinə əsasən, seçkilərin nəticəsi elan olunduqdan sonra K. Slimin sərvəti 41 mlrd. dollaradək azalıb. Seçkilərədək dünyanın 5-ci ən zəngin insanı olan meksikalı D. Trampın qələbəsinin ardından 8-ci pilləyədək geriləyib. Hazırda onun sərvəti 49,2 mlrd. dollar həcmində dəyərləndirilir.
Qeyd edək ki, K. Slim Hillari Klintonun tərəfdarı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru