Pentaqon rəhbəri Pit Heqset istefa verir?

Dünən, 10:42           
Pentaqon rəhbəri Pit Heqset istefa verir?
ABŞ-nin müdafiə naziri Pit Heqset gələn il Tennessi ştatının qubernatorluğuna seçkidə namizədliyini irəli sürmək imkanını nəzərdən keçirir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "NBC News" telekanalı məlumat verib.

Məlumata görə, o, müsbət qərar qəbul olunacağı təqdirdə Pentaqonun rəhbəri vəzifəsini tərk etməli olacaq.

Telekanalın mənbələrinin bildirdiyinə görə, Heqset son üç həftə ərzində qubernatorluğa namizədliyini irəli sürmək və seçkiqabağı kampaniyaya başlamaq imkanlarını ciddi şəkildə müzakirə edir. Lakin Pentaqonun qaydalarına əsasən, qubernator postuna seçkidə iştirak etmək üçün Heqset müdafiə naziri vəzifəsindən istefa verməli olacaq.

Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell telekanala verdiyi şərhdə yayılmış məlumatı təkzib edərək bildirib ki, Pit Heqset diqqətini əvvəlki kimi Prezident Trampın rəhbərliyi altında xidmət etməyə və Müdafiə Nazirliyinin fəaliyyətində "ABŞ hər şeydən əvvəldir" prinsipinin reallaşdırılmasına cəmləyib.

"NBC News" mənbələri bildirirlər ki, əgər Heqset qubernator postuna namizədliyini irəli sürmək niyyətini açıqlayarsa, Donald Tramp onun vəzifələrini müvəqqəti olaraq ABŞ quru qoşunları naziri Daniel Driskolla və ya müdafiə nazirinin siyasi məsələlər üzrə müşaviri Elbridc Kolbiyə həvalə edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru