Obama ənənəni pozdu –Trampla şəkil çəkdirməkdən imtina etdi

11-11-2016, 09:12           
Obama ənənəni pozdu –Trampla şəkil çəkdirməkdən imtina etdi
ABŞ-ın hazırkı prezidenti Barak Obama ölkənin yeni seçilmiş rəhbəri Donald Trampla Ağ Evdə birgə şəkil çəkdirmə mərasimindən imtina edib.

Bu barədə APA “Wall Street Journal” nəşrinə istinadən xəbər verir.

ABŞ-ın hazırkı və yeni seçilmiş prezidentlərinin Ağ Evin qarşısındakı Cənub çəmənlikdə birgə şəkil çəkdirmə ənənəsi uzun tarixə malikdir. 2008-ci ildə Corc Buş analoji vəziyyətdə Obama ilə şəkil çəkdirmişdilər.

Xatırladaq ki, seçkiqabağı kampaniya dövründə Obama və Tramp arasında sərt polemika baş vermişdi. Hillari Klintonu fəal dəstəkləyən B.Obama Trampın “Ağ Evə yaraşmadığını”, “lazımi təcrübəyə malik olmadığını” və “nüvə çamadanın ona həvalə etməyin” təhlükəli olduğunu bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru