Obama bu liderin məhvi üçün Pentaqona əmr verdi

11-11-2016, 10:09           
Obama bu liderin məhvi üçün Pentaqona əmr verdi
ABŞ prezidenti Barak Obama Suriyada “Cəbhə ən Nüsrə” qruplaşmasının liderlərinin aşkarlanaraq məhv edilməsinə dair Pentaqona əmr verib.

“A24.az”ın “The Washington Post”a istinadən verdiyi xəbərə görə, ABŞ-ın hazırkı prezident administrasiyası əvvəllər “Cəbhə ən Nüsrə” məsələsinə əhəmiyyət verməyib.

Qeyd edək ki, Obama Suriyada pilotsuz uçan aparatların sayını kəskin artırılmasına dair qərar qəbul edib. Nəşr qeyd edir ki, Ağ Ev Avropanın cənub sərhədlərinə yaxın olan Suriyanın bir hissəsinin “Əl Qaidə”nin yeni dayaq bazasına çevrilməsindən ehtiyatlanır.

Xatırladaq ki, Rusiya bundan əvvəl dəfələrlə ABŞ-ı “Cəbhə ən Nüsrə” qruplaşmasının mövqelərinə zərbələr endirməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru