ABŞ nəşrindən şok iddia:"Ermənistanın nüvə silahı üçün potensialı var"

11-11-2016, 13:55           

Rusiyanın “İsgəndər” raketlərinin Ermənistana çatdırılması regionda nüvə təhlükəsini artırır.

Bu barədə ABŞ-ın "Huffington Post" qəzetində dərc olunan məqalədə bildirilir.

Məqalədə qeyd olunur ki, “İsgəndər”lər həm nüvə başlıqlı, həm də adi döyüş başlıqlı ola bilər. Ermənistanın isə nüvə silahı düzəltmək üçün potensialı var".

Məqalə müəllifi bu il ərzində bir sıra erməni liderlərinin nüvə silahı barədə açıqlamalar verdiyini bildirib. Müəllif yazır ki, bu ilin martında istefada olan general Arkadi Ter-Tadevosyan Ermənistanın böyük dağıntılara səbəb ola biləcək silah üzərində işlədiyini demişdi.

Məqalədə müəllif bu fəaliyyətin region üçün təhlükəli olduğunu bildirir:

“Ermənistanın nüvə silahına sahib olması barədə məlumatların doğru çıxması region üçün böyük təhlükəyə səbəb ola bilər. “İsgəndər”lərin alınması ilə Ermənistan öz təhlükəsizliyini təmin etməyi planlaşdırırdısa, əslində isə bu, əks təsir bağışlayır”.

Trend












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru