Tramp Rusiya və Suriya məsələsinə baxışlarını açıqladı:"Əsədin hədəfdə olması Rusiya ilə qarşıdurmaya gətirib çıxara bilər"

12-11-2016, 10:08           

"Yaxın zamanlarda Rusiya prezidenti Vladimir Putin ilə telefon danışığımız olacaq".

APA-nın məlumatına görə, bunu ABŞ prezidenti seçilən Donald Tramp “The Wall Street Journal” qəzetinə müsahibəsində bəyan edib.

“Mən Vladimir Putindən gözəl bir məktub almışam və tezliklə aramızda telefon danışığı olacaq”, – deyə D.Tramp bildirib.

O, həmçinin qeyd edib ki, seçkilərdən sonra Çin Xalq Respublikasının sədri Si Tszinpin istisna olmaqla bir çox dünya liderlərindən təbrik məktubları alıb, bəziləri ilə telefonla danışıb.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib ki, yeni ABŞ prezidentinin inauqurasiyasınadək Putin və Trampın hər hansı əlaqəsi planlaşdırılmır.

“The Wall Street Journal” qəzetinə müsahibəsində Tramp Suriya ilə bağlı da sualı cavablandırıb.

O deyib ki, ABŞ Suriyada Bəşər Əsədə qarşı yox, İŞİD-ə qarşı mübarizə aparacaq: “Bəzi insanlarla müqayisədə mənim Suriyadakı vəziyyətə bağlı mövqeyim fərqlidir. Suriya İŞİD-lə mübarizə aparır, bizdə həmçinin. Hazırda Rusiya Suriya ilə sıx ittifaqdadır. Bizim Suriyaya yaxın olan İranla münasibətlərimiz normallaşıb. Biz Suriyada üsyançıları dəstəkləsək də, onlar barədə dürüst anlayışımız yoxdur. Əsədin hədəfdə olması Rusiya ilə qarşıdurmaya gətirib çıxara bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.