Trampın hədəfində bu ölkədir - Gərginlik başlayır

12-11-2016, 13:47           

Donald Tramp İranla imzalanan nüvə müqaviləsində dəyişikliklər tələb edəcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın xarici siyasət üzrə müşaviri Valid Fares söyləyib. Onun sözlərinə görə, Tramp bu müqaviləni nəzərdən keçirib, Konqresə göndərəcək.

Qeyd edək ki, bundan öncə ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner də Donald Tramp administrasiyasının İranla imzalanmış nüvə razılaşmasını ləğv edə və ya yenidən baxa biləcəyini vurğulayıb.

Tramp seçki öncəsi təşviqat kampaniyası zamanı İranla nüvə müqaviləsini yenidən nəzərdən keçirəcəyini açıqlayıb. O, Obama Administrasiyasını Tehran qarşısında zəiflikdə təqsirləndirib. Tramp həmçinin çıxışları zamanı dəfələrlə Vaşinqtonu İraqın idarəçiliyini İrana verməkdə günahlandırıb.

Bundan əlavə, ABŞ mətbuatının Trampın işləyəcəyi komanda siyahısında göstərdiyi şəxslərin böyük bir qismi qatı mühafizəkardır. Bu şəxslər İrana qarşı sərt mövqeyi ilə seçilir. Üstəlik, bu siyasətçilər Buş zamanında İraq əməliyyatının əsas ideya müəllifləri olublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru