Məscid mühasirəyə alındı - 200 vəhhabi saxlanıldı

12-11-2016, 14:03           

Dünən Dağıstanın Xasavyurt rayonundakı məscid polis tərəfindən mühasirəyə alınıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Qafqaz İmarəti”nə yaxınlığı ilə seçilən "Kavkazçenter” portalı yayıb. Sayt polisin mühasirəyə aldığı məscidin sələfilərə aid olduğunu bildirib.

Bundan sonra məsciddəki sələfilərin həbsi başlayıb. 200 nəfər saxlanılaraq polis idarəsinə gətirilib. Onların əl izləri götürülüb, fotoları çəkildikdən sonra sərbəst buraxılıblar.

Qeyd edək ki, son günlər Rusiya Şimali Qafqaz, xüsusilə, Dağıstanda dini qruplara qarşı fəaliyyətini artırıb. "Qafqaz İmarəti”nin bölgədə zəifləməsi və yerini İŞİD-in tutmağa başlaması, Moskvanın fəallaşmasına şərait yaradıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru