Dünyanın ən bahalı avtomobili satışa qoyuldu

13-11-2016, 21:14           
Dünyanın ən bahalı avtomobili satışa qoyuldu
Böyük Britaniyada 1962-ci il buraxılışı olan Ferrari 250 GTO satılır

Bildirilir ki, onun qiyməti 45 milyon funt-sterlinq və ya təxminən 56 milyon dollardır. Əgər 250 GTO həqiqətən bu qiymətə satılsa, o, dünyanın ən bahalı avtomobili olacaq. Yeri gəlmişkən, hazırda bu status 2013-cü ildə auksionda 38 milyon dollara satılan digər 250 GTO modeli (1963-cü il buraxılış) Ferrariyə məxsusdur.


Qeyd etmək lazımdır ki, 300 at gücünə malik V12 motorlu göy rəngli Ferrari 250 GT bir neçə əfsanəvi maşın yarışında iştirak edib. 1962-ci ildə “Sebrinqin 12 saatı” yarışında ümumi hesabda 2-ci, həmin il Le-Manın 24 saatında isə 6-cı olub.

Cəmi 36 Ferrari 250 GTO hazırlanıb. İstənilən maşın kolleksioneri bu maşınlardan indiyə qədər qalan hər biri üçün böyük pullardan keçməyə maraqlıdır. Maraqlıdır ki, bu avtomobil 1969-cu ildə cəmi 5400 dollara satılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru