Donald Trampdan qorxulan açıqlama: “İki və ya üç milyon immiqrant ölkədən dərhal deportasiya ediləcək”

14-11-2016, 09:51           
Donald Trampdan qorxulan açıqlama: “İki və ya üç milyon immiqrant ölkədən dərhal deportasiya ediləcək”
Donald Tramp bildirib ki, iki və ya üç milyon immiqrant ölkədən dərhal deportasiya ediləcək.

Musavat.com cbsnews.com-a istinadən xəbər verir ki, ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp "CBS" telekanalının "60 dəqiqə" proqramının qonağı olub. Donald Tramp vəzifəsini icra etməyə başladığı gündən dərhal qeyri-qanuni iki və ya üç milyon sənədsiz immiqrantların hamısını ölkədən deportasiya edəcəyini bildirib.

O, televiziyaya verdiyi müsahibədə deyib ki, immiqrantlarla bağlı seçki kampaniyası zamanı elan etdiyi sərt təkliflərini olduğu kimi icra etməkdə qərarlıdır. Eyni zamanda ABŞ və Meksika arasında divarın da hörülməsində təkid edəcəyini bildirib.

"Biz cinayət işləmiş, banda üzvləri, narkotik dəstə üzvü olan bütün immiqrantları deportasiya edəcəyik. Bu rəqəm iki və ya üç milyona çata bilər. Onlar bizim ölkədə qeyri-qanuni məskunlaşıb və biz onları ölkədən çıxaracağıq", - deyə "60 Dəqiqə" proqramında Tramp elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru