Tramp prezident maaşından imtina etdi - Cəmi 1 dollar alacaq
14-11-2016, 10:09
ABŞ-ın yeni dövlət başçısı Donald Tramp prezident məvacibindən imtina edib.
BakiPost.az xəbər verir ki, bunu Tramp özü bəyan edib: "Mən maaş almaq fikrində deyiləm. Qanuna uyğun olaraq məvacib almaq mütləqdirsə, ayda 1 dollar ala bilərəm".
Qeyd edək ki, ABŞ prezidentinin illik maaşı 400 min dollardır.