Kremldən açıqlama:Tramla Putin telefonda danışdı, üz-üzə görüşəcəklər

15-11-2016, 09:39           

Bu gün Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Bu barədə Kremlin məlumatında deyilir.

Rusiya lideri prezident seçkilərində qazandığı qələbə münasibətilə həmsöhbətini təbrik edib və seçkiqabağı proqramının həyata keçirilməsində ona uğurlar arzulayıb.

Putin yeni ABŞ administrasiyası ilə siyasi dialoqu bərabərlik, qarşılıqlı hörmət və bir-birilərinin işinə müdaxilə etməmək prinsipləri şərti ilə qurmağa hazır olduğunu bildirib.

Söhbət zamanı Putin və Tramp Rusiya-ABŞ münasibətlərinin hazırkı durumunu qeyri-qənaətbəxş hesab edərək, münasibətlərin normallaşdırılması və konstruktiv əməkdaşlıq istiqaməti üzrə yönəldilməsinin vacibliyini vurğulayıblar.

“Putin və Tramp ümumi düşmən olan beynəlxalq terrorizm və ekstremizmə qarşı səylərin birləşdirilməsinin zəruriliyini qeyd ediblər. Bu baxımdan Suriya böhranının nizamlanması məsələləri müzakirə olunub. Gələcəkdə əlaqələrin telefon vasitəsi ilə davam etdirilməsi nəzərdə tutulub. Şəxsi görüşün hazırlanması üçün hər iki tərəfin nümayəndələrinə tapşırıqlar verilib”, -Kremlin məlumatında deyilir.

APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru