Donald Tramp pakistanlı çıxdı… –"Neo News" telekanalının fərziyyəsi (FOTO)

15-11-2016, 21:00           

Pakistanda Donald Trumpın bu ölkədə anadan olması və ABŞ-a təsadüfən gəlib çıxması iddiası populyarlaşıb.

Strareq.az xəbər verir ki, bu barədə "Der Spiegel" alman jurnalı "Neo News" telekanalına (Pakistan) istinadla xəbər verir.

Həmi telekalanalın iddiasına görə, D.Tramp Nyu-Yorkun Kuins məhəlləsində deyil, Əfqanıstanla sərhəddəki Şimali Vəziristan əyalətyində, Şava vadisində doğulub.

Əsl adı da Davud İbrahim Xandır. Valideynləri avtomobil qəzasında həyatını itirənə kimi Davud İbrahim Xan mədrəsədə təhsil alıb.

Daha sonra telekanal iddia edir ki, Hindistan xidmət etmiş istefada olan bir britaniyalı zabit uşağı Londona aparıb. Oradan da ABŞ-a gedib çıxan Davudu Tramp ailəsi övladlığa götürüb.

Pakistanlılar internetdə köhnə videoçarx da tapıblar. Beş saniyəlik həmin çarxda D.Tramp deyir: "Mən Pakistanı sevirəm. Sevirəm. Pakistanı".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.