Los-Anceles polisindən Trampa şok cavab

16-11-2016, 01:09           

Qeyri-qanuni miqrant axını ilə bağlı mövqeyimizi dəyişdirmək fikrində deyilik.

Axar.az xəbər verir ki, bunu Los Anceles Polis Departamentinin rəhbəri Çarli Bek deyib.

“Fərqli nəysə etmək fikrində deyiləm. Miqrasiya ilə bağlı qanunlara müdaxilə etməyəcəyik. Vətənin təhlükəsizliyi və deportasiya ilə bağlı məsələlərdə Trampla birgə çalışmayacağıq. Bu bizim işimiz deyil. Biz öz işimizi görməliyik”, - Bek bildirib.

Qeyd edək ki, ABŞ-ın yeni Prezidenti Donald Tramp ölkədə yaşayan qeyri-qanuni miqrantların deportasiya ediləcəyini açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru