Çin alimlərinin şok gəlişməsi - Süni Günəş yaratdılar

16-11-2016, 12:42           
Çin alimlərinin şok gəlişməsi - Süni Günəş yaratdılar
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Çinin Fizika İnstitutunun alimləri Günəşdən 3 dəfə daha artıq istiliyə malik süni günəş düzəldiblər. Süni günəş 49,9 milyon dərəcə istilik verərək nüvəni əridib. Sınaqdan keçirilən 102 saniyəlik təcrübələrdə müşahidə olunan istilik Yer kürəsinin nüvə istiliyindən 8600, Günəşin istiliyindən isə 3 dəfə çoxdur. Alimlər bu 37 milyon dollarlıq layihə ilə sənaye çevrilişindən bəri elm aləmini düşündürən “süni yolla təbiətdəkindən artıq enerji əldə edilə bilər?” sualına cavab axtarırlar. Lakin hazırkı texnologiya ilə bu istilikdə əriməyən material istehsal etmək mümkün deyil. Buna görə də, indi alimlərin qarşısında duran əsas məsələ Günəşin 3 qat istiliyinə uzun müddət davam gətirə bilən nüvələr hazırlamaqdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.