Rövşən Lənkəranskinin varisinə Rusiyadan ŞOK QADAĞA - İtaliya polisi çıxılmaz vəziyyətdə

16-11-2016, 13:06           
Rövşən Lənkəranskinin varisinə Rusiyadan ŞOK QADAĞA - İtaliya polisi çıxılmaz vəziyyətdə
Rusiya hüquq mühafizə orqanları İtaliyanın Bari şəhərində məskunlaşan kriminal avtoritet Merab Canqvaladzeylə (“Suxumski”) görüşüblər.

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, rus polisi “Merab Suxumski”yə onun Rusiya vətəndaşlığından azad edilməsi barədə qərarı təqdim ediblər. Qərarda onun ömürlük Rusiyaya gəlməsi də qadağan olunub.

Qanuni oğru qərara imza atsa da, öz növbəsində məhkəməyə müraciət edəcəyini bildirib. Baridə ev dustaqlığında olan “Suxumski” rusları müşayiət edən yerli polisdən baş verənləri videoya köçürülməsini də istəyib və bu istək qəbul olunub.

Bu arada İtaliya hökuməti də “Suxumski”dən can qurtarmağın yollarını axtarır. Amma onun hara ekstradisiya ediləcəyi hələ də qaranlıq qalıb.

Qeyd edək ki, Merab azərbaycanlı mərhum kriminal avtoritet Rövşən Lənkəranskinin varisi hesab olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru