Ermənistan parlamentində Qarabağ, pul və korrupsiya müzakirələri

17-11-2016, 00:30           
Ermənistan parlamentində Qarabağ, pul və korrupsiya müzakirələri
Ermənistan parlamentindəki 6 fraksiyadan 4-ü hərbçilərin sığorta fonduna 1 000 dram (2 dollar) məbləğində maliyyə yardımının toplanması haqqında qanun layihəsinin lehinə çıxış edib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Erməni Milli Konqresi layihənin əleyhinə çıxıb.

Layihənin lehinə çıxş edənlərdən biri, “Orinats yerkir” fraksiyasının sədri Eqina Bişariyan deyib: “Vətəndaşların gəlirindən kəsib büdcənin boş olduğunu onlara demək olmaz”.

Onun sözlərinə görə, Dağlıq Qarabağda müharibədə iştirak edənlərin çoxu "ehtiyac içində olduqlarından əl açıblar".

Erməni Milli Hərəkatı fraksiyasının lideri Levon Zurabyan bildirib ki, müdafiə qüdrəti ilk növbədə korrupsiyasız güclü iqtisadiyyat deməkdir: "Korrupsiya Ermənistanı, Dağlıq Qarabağı, elə özünüzü də məhv edəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru