Rusiya Müdafiə Nazirliyi Suriyada aparılan hərbi əməliyyatların görüntülərini yayıb.
Axar.az xəbər verir ki, kadrlarda terrorçulara məxsus hədəflərin “Admiral Kuznetsov” və digər gəmilərdən atılan raket və S-300-lərlə vurulması əks olunub.
Xatırladaq ki, Müdafiə naziri Sergey Şoyqu “Admiral Kuznetsov” gəmisinin Rusiya tarixində ilk dəfə hərbi əməliyyatlara qoşulduğunu açıqlamışdı.