Qaynar suda çimmək istədi – kimyəvi turşuda əridi – ŞOK ÖLÜM

18-11-2016, 13:28           
Qaynar suda çimmək istədi – kimyəvi turşuda əridi – ŞOK ÖLÜM
Qaynar su əvəzinə kimyəvi turşu yatağına girən ameriklı diri-diri əriyib.

A24.Az newsru.com-a istinadən xəbər verir ki, bu ilin iyununda ABŞ-ın Vayominq ştatındakı Yelloston milli parkında gəzintiyə çıxan turistin ölümü ilə bağlı şok detallar açıqlanıb.

Məlumata görə, iyunu 7-də Parka gələn 23 yaşlı Kolin Skott qeyzer gölündə çimmək həvəsinə düşüb. Lakin o, ətrafda vurulmuş çoxsaylı xəbərdarlıq lövhələrinə əhəmiyyət vermədən, termal mənbəyə girib və kimyəvi turşuların təsiri ilə ölüb. Bu barədə danışan Kolinin bacısı Seyblın sözlərinə görə, qardaşı əli ilə suyu yoxlamaq istərkən sürüşüb qaynayan gölə yıxılıb. Lakin həmin vaxt güclü tufan cəsədi sudan çıxarmağa imkan verməyib.

Ertəsi gün gələndə isə cəsədin kimyəvi reaksiyalar nəticəsində tam əridiyini görüblər – göldə Kolinin yalnız ayaqqabıları və pulqabı qalmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru