ABŞ prezidenti və Aİ liderləri Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması ilə bağlı razılığa gəliblər

18-11-2016, 18:45           
ABŞ prezidenti və Aİ liderləri Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması ilə bağlı razılığa gəliblər
ABŞ Prezidenti Barak Obama Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Ukraynanın şərqindəki və Suriyadakı vəziyyətə görə Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması ilə bağlı razılıq əldə ediblər.
Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.
Bildirilib ki, Berlində keçirilən görüşdə ABŞ Prezidenti Barak Obama, Fransa lideri Fransua Olland, Almaniya kansleri Angela Merkel, Böyük Britaniyanın Baş naziri Tereza Mey, İtaliya Nazirlər Şurasının rəhbəri Matteo Rentsi və İspaniya hökumətinin nümayəndəsi Mariano Raxoy iştirak ediblər.
Siyasətçilər belə qərara gəliblər ki, Rusiyaya qarşı sanksiyalar Minsk sazişlərinin həyata keçirilməsinə qədər qüvvədə qalacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru