Almaniyada tibb mərkəzinə silahlı hücum olub – İki həkim öldürülüb

15-12-2016, 20:06           
Almaniyada tibb mərkəzinə silahlı hücum olub – İki həkim öldürülüb
Almaniyanın Marburq şəhərində baş verən atışma nəticəsində iki həkim öldürülüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu haqda şəhər prokurorluğu məlumat yayıb.
İnformasiyaya görə, hadisə xüsusi tibbi mərkəzdə baş verib. Naməlum şəxslər mərkəzə silahlı basqın edib.
Polis hadisə yerinə yaxın ərazidə yerləşən vağzaldan insanları təxliyə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.