FİFA Rusiya baş nazirinin müavini ilə bağlı təhqiqata başlayıb

18-12-2016, 15:52           

FİFA-nın Etika üzrə komitəsinin İstintaq Palatası Rusiya baş nazirinin müavini və Rusiya Futbol İttifaqının prezidenti Vitaliy Mutko ilə bağlı ilkin təhqiqata başlayıb.

Məlumata görə, FİFA V. Mutkonun rusiyalı idmançıların, xüsusən futbolçuların dopinqdən istifadəsi hallarının gizlədilməsində rolunu araşdırır.


Əgər V. Mutkonun idmançıların dopinqdən istifadəsi hallarını gizlətməsinə dair sübutlar tapılarsa, o, futbola bağlı istənilən fəaliyyətdən uzaqlaşdırılacaq. Eyni zamanda 2018-ci ildə Rusiyada keçirilməsi nəzərdə tutulan futbol üzrə dünya çempionatının başqa ölkədə keçirilməsi gündəmə gələ bilər.

(apa)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru