İordaniyada polisə və turistlərə hücum olub, 5 nəfər ölüb, 9 nəfər yaralanıb
18-12-2016, 20:24
İordaniyanın qərbində yerləşən Əl-Karak şəhərində naməlum qrup polis şöbəsinə və turistlərin olduğu avtobusa hücum edib. APA-nın “Sputnik” agentliyinə istinadən verdiyi məlumata görə, olay terror aktı hesab edilir. Hücum nəticəsində biri kanadalı turist qadın olmaqla, 5 nəfər həyatını itirib. Atışma zamanı 9 nəfər də yaralanıb. Hadisə yerinə antiterror qüvvələri cəlb edilib. Əməliyyat aparılır. Gununsesi.info