Suriya müxalifəti birləşdi - Əsədə qarşı böyük plan
19-12-2016, 10:05
Suriyada 17 müxalif qrup birləşib.
Axar.az xəbər verir ki, Əhrarur əş-Şam, Şam Fəth Cəbhəsi, eləcə də Feylak əş-Şam da daxil olmaqla, 17 qruplaşma Hayat ül-İslamiyyə adı altında birləşib.
Məlumata görə, 15 saatlıq toplantının yekunu olaraq belə qərar verilib.
Qeyd edək ki, birləşməyə daxil olmayan müxalif qrupların tanınmayacağı bildirilib.