Rusiyada daha 3 bankın fəaliyyəti dayandırılıb

19-12-2016, 14:29           
Rusiyada daha 3 bankın fəaliyyəti dayandırılıb
Rusiya Bankı (Mərkəzi Bank) daha üç bankın – “Mir”, “İdeya Bank” və “Voloqdabank”ın lisenziyalarını geri çağırıb. Bizimxeber.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Mərkəzi Bankın məlumatına əsasən, “İdeya bank” yüksək riskli kreditləşmə həyata keçirib və buna adekvat risk ehtiyatları yaratamayıb. Həmçinin, terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulmasına qarşı tələblərə əməl etməyib.
Qeyd edək ki, “İdeya bank” aktivlərin həcminə görə Rusiyanın bank sistemində 264-cü yeri tutub.
Tənzmiləyici bildirir ki, lisenziyası geri çağırılan digər bank – “Mir” aşağı keyfiyyətli aktivlərə vəsait yatırıb və buna müvafiq risk ehtiyatları yaratmayıb. Bununla yanaşı, Bank şübhəli köçürmə əməliyyatlarında iştirak edib.
Qeyd edək ki, “Mir” Rusiyanın bank sistemində aktivlərin həcminə görə 381-ci sırada yer alıb.
Aktivlərin həcmi üzrə ölkə banklarının siyahısında 429-cu olan “Voloqdabank”ın da lisenziyasının geri çağırılmasına səbəb aşağı keyfiyyəli aktivlərə pul yatırması və buna müvafiq risk ehtiyatları yaratmamasıdır. Bundan başqa, Bank real maliyyə göstəricilərini gizlədib.
Qeyd edək ki, hər üç bank əmanətlərin sığortalanması sisteminin üzvüdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru