İranda qızların 13 yaşından aşağı ərə verilməsini qadağan edən qanun hazırlanır

19-12-2016, 16:28           
İranda qızların 13 yaşından aşağı ərə verilməsini qadağan edən qanun hazırlanır
teref.az yazır ki, İran İslam Şurasının deputatı və İran parlamentinin mədəniyyət komissiyasının üzvü Fatimə Zülqədər parlamentin açıq iclasında ! Qızların 13-dən , oöğlanların isə 15 yaşından aşağı evlənməsini qadağan edən qanun üstündə işləyirik!" -dedi
Bunu MEHR agentliyi yayıb.
Xanım Zülqədər bu məsləni şərh edərkən dedi " Şəriət məslələri üzrə ekspert olan ayətullah Mokarrəm Şirazi ilə məsləhətləşmələrimiz və bu yaşlarda olan uşaqların intelektual yetkinliklərinin o dərəcədə inkşaf etmədiyini nəzərə alaraq biz erkən evlənmələrə qarşı qanun layihəsinin üstündə işləməyə başladıq!"
Xanım deputat qeyd etdi ki, parlament müəyyən bu məsələ ilə məşğul olan orqanların fikirlərini oyrənərək şəriət normalarına uyğun bir qanun layihəsi hazırlamalıdır.
"Bu keçən əsrin qalıqlarıdır və indiki zamanda uşaqlara ziyandan başqa bir şey vermir. Ona görədə belə evlənməklər qanuni sayıla bilməz" Bunu ayətullah Mokarrəm Şirazi deyib.
Rəsmi qaynaqlara görə ötən il İranda azyaşlılar arasında 37 000 evlənmə hadisəsi olub.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.