Trampa yol açıldı –Kollegiyanın 538 üzvündən 304-ü ona səs verdi

20-12-2016, 09:57           

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp seçicilər kollegiyasının səsverməsində qələbə qazanıb.

APA-nın "Associated Press" agentliyinə istinadən verdiyi xəbərə görə, kollegiyanın 538 üzvündən 304-ü səsini Trampa verib.

ABŞ qanunvericiliyinə uyğun olaraq, qələbə üçün seçicilər kollegiyasının 270 səsini yığmaq kifayətdir.

Qeyd edək ki, seçicilər kollegiyası ştatların ümumxalq səsverməsində müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarətdir. Hər ştatın ABŞ Konqresində təmsilçilərinin sayı qədər nümayəndə seçmək hüququ var.

Xatırladaq ki, noyabrın 8-də ABŞ-da prezident seçkisi keçirilib. Respublikaçılar Partiyasının namizədi Donald Tramp rəqibi, Demokratlar Partiyasının təmsilçisi Hillari Klintonu məğlub edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru