Berlin polisi:"Yük maşınında ölü tapılan şəxs Polşa vətəndaşıdır"

20-12-2016, 09:58           

Berlin polisi İnsanların üstünə sürülən yük maşınında ölü tapılan kişinin şəxsiyyətini müəyyənləşdirib.

Bu, adı açıqlanmayan Polşa vətəndaşıdır.

Onun necə və hansı şəraitdə həyatını itirdiyi dəqiqləşdirilmir. Bundan əvvəl yük maşınının Polşa nəqliyyat şirkətlərindən birinə məxsus olduğu bildirilirdi.

Qeyd edək ki, ötən axşam Berlində yük maşınının Milad yarmarkasına girməsi nəticəsində 12 nəfər ölüb, 48 nəfər yaralanıb. Yük maşınında olan 2 nəfərdən biri hadisə zamanı ölüb, sürücü isə saxlanılıb. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru