İsveçrədə məscidə silahlı hücum — Yaralananlar var
20-12-2016, 10:39
İsveçrədə məscidə silahlı hücum edilib
Ölkə.Az xəbər verir ki, İsveçrənin Sürix şəhərində bir məscidə silahlı hücum olunub. Silahlı hücum zamanı yaralananların olduğu bildirilir.
Polisdən verilən məlumata görə, hücum edən şəxslər hadisə yerindən qaçıb. Onların kimliyinin müəyyən edilməsi və saxlanılması istiqamətində işlər aparılır.