Rus səfirin qətlində F. Gülənin əli olması ilə bağlı suala Dövlət Departamentindən sərt reaksiya

20-12-2016, 13:48           
Rus səfirin qətlində F. Gülənin əli olması ilə bağlı suala Dövlət Departamentindən sərt reaksiya
Dövlət Departamentinin mətbuat katibi Con Kirbi Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova edilən silahlı hücumla bağlı suallara cavab verib.
Avropa.info xəbər verir ki, Kirbi sui-qəsdin arxasında Fətullahçı Terror Təşkilatı (FETÖ) ola bilməsi ilə bağlı iddialara sərt reaksiya verib:
“İstintaq yekunlaşmadan əvvəl verilən qiymətləndirmənin heç kəsə faydası olmaz” – deyib.
“ABŞ və mühafizə etdiyi Gülənin hər hansı bir şəkildə bu hadisənin bir hissəsi olmasına dair iddialar haqqında naratasınızmı?” – sualına cavab verən Kirbi iddiaları eşitdiyini, lakin qiymətləndirmə aparmaq üçün çox tez olduğunu deyib:
“Hal-hazırda istintaq başlayıb. İstintaq yekunlaşmadan verilən qiymətləndirmənin heç kəsə faydası olmaz. Diqqətimizi cəmləşdirmək lazımdır. İstintaq yekunlaşanadək lazımsız yerə bu məsələyə işarə vurulmamalıdır”.
Ölkəsinin hər zaman Türkiyəni dəstəklədiyini deyən Kirbi ABŞ-ın bu sui-qəsddə əlinin ola bilməsi ilə bağlı iddiaları rədd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.