“Qazprom Türkiyədəki ən böyük sərmayəsini itirə bilər” – “Kommersant”
20-12-2016, 13:58
“Qazprom” Türkiyədəki ən böyü sərmayəsini, “Akfel Holding” şirkətindəki payını itirə bilər. Avropa.info xəbər verir ki, “Akfel Holding” türk bazarında rus qazının ən böyük satıcısı idi. “Kommersant” yazır ki, FETÖ ilə əlaqədə şübhəli bilinən şirkət de-fakto olaraq Türkiyə dövləti tərəfindən milliləşdirilib. Qəzetin yazdığına görə, Türkiyə hakimiyyəti dekabrın əvvəlində “Akfel Holding”in nəzarətini ələ götürərək, direktorlar şurasının heyətini dəyişdiriblər. Rusiya sərmayələrinin taleyinin naməlum qalıb. Qəzetin mənbələrinin bildirdiyinə görə, sərmayələrin sığortalanması ilə bağlı məşğul olan TMSF fondu faktiki olaraq sərmayədar funksiyasını yerinə yetirir. “Akfel Holding” – “Akfel Gas” “Qazpromla” illik 2,25 milyard kubmetrlik qaz müqaviləsi imzalayıb. Sərnayələrin 60%-i “Qazprom” və “Akfel”ə məxsusdur. Qalan 40% isə Avstriyanın “Enerco” şirkətinə. Ümumilikdə “Akfel” şirkətinin portfelinin 55%-i “Qazprom”un payına düşür. Rusiyanın Türkiyəyə ixrac etdiyi qazın 20%-i isə bu şirkətin payına düşür. Mənbə bildirir ki, şirkəti faktiki olaraq “Qazprom”un əlindən alıblar.