Suriyanın taleyi həll olundu - Yeniləndi
20-12-2016, 20:06

Moskvada Rusiya, Türkiyə və İran XİN rəhbərlərinin görüşü başlayıb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “İnterfaks” agentliyi yayıb. Görüşdən öncə hər üç XİN rəhbəri Türkiyədə qətlə yetirilmiş rus səfir Andrey Karlovun fotosu önünə gül qoyublar.
Qeyd edək ki, görüşdə əsas müzakirə mövzusu Suriya böhranı olacaq.
***
Rusiya, Türkiyə və İran Suriyadakı böhranın həll edilməsi üçün siyasi proseslərin sürətləndirilməsi ilə bağlı ortaq bəyannamə qəbul edib.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov görüşdən sonra təşkil edilən mətbuat konfrasında çıxışı zamanı deyib.
“Suriya böhranının hərbi yolla həllinin mümkün olmayacağı mövzusunda həmfikirik. Hər 3 dövlət Suriyanın suverenliyini dəstəkləyir. Rusiya, Türkiyə və İran Suriya hökuməti ilə müxaliflər arasında bir razılıq əldə edilməsi üçün fəaliyyətə başlamağa hazırdır. Həmçinin danışıq masasına əyləşən bu 3 dövlət İŞİD və Nüsrə Cəbhəsinə qarşı mübarizədə qərarlı olduqlarını açıqladılar”, - Lavrov bildirib.
XİN rəhbəri onu da əlavə edib ki, Hələbdəki təxliyələr ən geci 2 gün ərzində tamamlanacaq.