Suriyada Türkiyənin 6 hərbçisi yaralanıb

21-12-2016, 11:15           
Suriyada Türkiyənin 6 hərbçisi yaralanıb
Suriyanın Əl-Bab bölgəsində Türkiyənin 6 hərbçisi yaralanıb.
“Report” DHA-ya istinadən xəbər verir ki, hərbçilərin yaralanmasının səbəbi hələlik məlum deyil.

Məlumata görə, Türkiyə hərbçiləri Suriya Azadlıq Ordusuna dəstək verərək, Əl-Babın terrorçulardan təmizlənməsi əməliyyatını davam etdirirlər.
Xəbərdə bildirilib ki, yaralı hərbçilər Türkiyənin Kilis şəhərində dövlət xəstəxanasına yerləşdiriliblər.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriyada “Fırat Kalkanı” (“Fərat qalxanı”) adı altında anti-terror əməliyyatı keçirir. Dekabrın 21-də “Fırat Kalkanı” əməliyyatının 120-ci günüdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru