Berlin terrorunu törədən bilindi - FOTO

21-12-2016, 17:48           
Berlin terrorunu törədən bilindi - FOTO
Almaniyanı sarsıdan terror hadisəsini törədənin kimliyi məlum olub. Alman polisi hazırda Anis Amir adlı şübhəlini axtarır.

AzVision.az alman mətbuatına istinadən xəbər verir ki, şübhəlinin şəxsiyyət vəsiqəsi qarət edilmiş yük maşınından tapılıb.

Məlumata görə, sözügedən şəxs Tunisin Tataouine şəhərində doğulub və Almaniyaya ötən il qaçqın kimi gəlib. Polis yük maşınında aşkarlanan qan izlərinin ona aid olduğunu güman edir.

Xatırladaq ki, Berlində dekabrın 19-u gecə saatlarında naməlum şəxsin yük maşınını Milad yarmarkasına gələn insanların üzərinə sürməsi nəticəsində 12 nəfər ölüb, 50 nəfər yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru