Karlovun qətlinin bizə aidiyyəti yoxdur – Təkzib yayıldı
22-12-2016, 01:06
Ceyş əl-Fəth və Fəth əş-Şam Cəbhəsi (Nüsrə Cəbhəsi) Rusiya səfiri Andrey Karlovun Ankarada öldürülməsi məsuliyyətini üzərlərinə götürməklə bağlı yayılan məlumatı təkzib ediblər.
Axar.az xəbər verir ki, bu barədə “Site İntelligence Group” məlumat yayıb. Hər iki qruplaşma bu barədə yayılan məlumatı yalan adlandırıb.
Xatırladaq ki, bu gün “Əssumariyə” kanalı Karlova sui-qəsdin məsuliyyətini Ceyş əl-Fəth qruplaşmasının öz üzərinə götürdüyü barədə məlumat yaymışdı.