Nyu-Yorkda göydələndə yanğın zamanı 13 nəfər xəsarət alıb

23-12-2016, 09:29           
Nyu-Yorkda göydələndə yanğın zamanı 13 nəfər xəsarət alıb
Nyu-Yorkun mərkəzində yerləşən göydələnlərdən birində cümə axşamı baş vermiş yanğın nəticəsində 13 nəfər xəsarət alıb.

"Report" NBC telekanalına istinadən xəbər verir ki, yanğın Manhettan şəhərinin mərkəzindəki binanın üçüncü mərtəbəsində baş verib və daha sonra qonşu mərtəbəyə yayılmağa başlayıb.

Hadisə nəticəsində ən azı 10 nəfər, həmçinin 3 nəfər yanğınsöndürən xəsarət alıb.

Yanğın söndürülüb. Yanğının səbəbləri məlum deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.