Trampın qızına təyyarədə hücum çəkdilər

23-12-2016, 10:08           
Trampın qızına təyyarədə hücum çəkdilər
JetBlue aviaşirkətinə məxsus reysin sərnişini ABŞ prezidenti seçilmiş Donald Trampın qızı İvankaya onun uşaqlarının yanında hücum çəkib və ağır söyüşlərlə təhqir edib.

Virtualaz.org bildirir ki, bu barədə "Nyu York Post" qəzeti xəbər yayıb.

Həmin şəxs təyyarə salonuna ondan sonra girib və dərhal da qadına hücum çəkərək əl-qol atmağa, İvankanı təhqir etməyə başlayıb. O anlarda prezidentin qızı əsasən, qorxmuş uşaqlarını sakitləşdirməyə çalışıb.

Demə, amerikalı sərnişini ən çox hiddətləndirən İvankanın onlarla eyni reyslə uçması olub: "Sənin atan ölkəni idarə edir. Sən niyə buradasan? Sən öz şəxsi təyyarəndə uçmalısan".

Məlumatda deyilir ki, bələdçilər “qızmış” sərnişini təyyarədən endiriblər. Onlar öz hərəkətlərini həmin sərnişinin hava gəmisində olma qaydalarını pozması ilə əsaslandırıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru